» » Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirir

Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirir

Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirir

“Qeyri-dost hərəkətə eyni şəkildə cavab vermək lazımdır”.

Rusiya Türkiyənin qeyri-dost hərəkətinə cavab olan tədbirlər siyahısını genişləndirəcək.

ucarliyiq.biz-ın verdiyi xəbərə əsasən, bunu Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç “Rusiya 24” telekanalının efirində deyib.

“Biz qarşımıza Türkiyə ilə əməkdaşlıqdan tam imtina etməyi məqsəd kimi qoymamışıq, hesab edirik ki, qeyri-dost hərəkətə eyni şəkildə cavab vermək lazımdır və biz bu cür cavabı bir neçə gün əvvəl verməyə başlamışıq. Növbəti addımlar da atılacaq ki, bu barədə xəbər verəcəyik.

Eyni cür reaksiya olmayana qədər, biz ardıcıl qaydada bu istiqamətdə hərəkət edəcəyik. Eyni reaksiya deyərkən, Rusiya prezidentinin dediyini nəzərdə tuturam”, - deyə Dvorkoviç bildirib.