» » Nazarbayev “barıtı quru saxlamağa” səslədi

Nazarbayev “barıtı quru saxlamağa” səslədi

Nazarbayev “barıtı quru saxlamağa” səslədi

“Heç biriniz bunu unutmamalısınız”.

Nursultan Nazarbayev Qazaxıstanın Müdafiə Nazirliyinin rəhbər tərkibi ilə görüş keçirib, ucarliyiq.biz dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qazaxıstanın başçısı Silahlı Qüvvələrin ölkənin müdafiə qabiliyyətliyinin bərkidilməsi, eləcə də ordunun hərbi hazırlığının artırılması üzrə builki fəaliyyətinin nəticələrini müzakirə edib. O, müasir hərbi və terror təhlükəsinin qarşısının alınması və zərərsizləşdirilməsində ordunun vacib rolunu qeyd edib.

“Hər bir qazaxıstanlı öz təhlükəsizliyi barədə düşünərkən, ilk növbədə bizim Silahlı Qüvvələrimizə güvənir. Ona görə də, sizin heç biriniz bunu unutmamalısınız. Həmişə hazırlıqlı olmaq və barıtı quru saxlamaq lazımdır.

Dövlət isə ordu üçün hər bir lazımi şəraiti yaratmalıdır. Sizin isə vəzifəniz zabit və əsgər yetişdirib, onlara keyfiyyətli hazırlıq keçməkdən ibarətdir”.

Qazaxıstanın prezidenti vurğulayıb ki, hərbçilər yeni meylləri və silahlı münaqişələrin xüsusiyyətlərini nəzərə almalıdırlar, daim peşəkar, hərbi və mənəvi-psixoloji hazırlığın səviyyəsinin artırılması üzərində işləməlidirlər.