» » Azərbaycan xurmasından parabizən çıxdı – FOTO

Azərbaycan xurmasından parabizən çıxdı – FOTO

Azərbaycan xurmasından parabizən çıxdı – FOTO

Yekaterenburq əhalisi iki hissəyə bölündü.

Yekaterenburqlu Yevgeni Yuşuk internetə Azərbaycandan gətirilən xurmanın şəklini yerləşdirib. Meyvənin içindən diri parabizən çıxıb.

ucarliyiq.biz intermonitor.ru-a istinadən xəbər verir ki, Yuşukun sözlərinə görə, xurmanı “Metro Cash and Carry” mağazasından kilosunu 238 rubldan (3 dollar) alıb.   

Şəkil internet istifadəçiləri arasında qızğın müzakirəyə səbəb olub.

Bəzi istifadəçilər bunun Azərbaycandan gətirilən meyvənin ekoloji təmiz olmasını göstərdiyini qeyd ediblər və meyvədən həşəratın çıxmasına yaxşı yanaşıblar.

Digər hissə isə qeyd edib ki, həşəratların sahələrdə rast gəlinməsi əla haldır, lakin həmin həşəratların dekabr ayında Ural mənzilində boşqabda olması təbii ki, pisdir.

Onların sözlərinə görə, əgər parabizənlər meyvələrdə yaşayırlarsa və onlarla birgə planetdə yayılırlarsa, bu, hansısa başqa bir zərərverici həşəratın da bu yolla yayıla biləcəyini göstərmirmi?

Müzakirə iştirakçılarının bir hissəsinin sözlərinə görə, ekologiya yaxşı qarşılanmalıdır, lakin meyvənin içindən alma qurdu çıxması yox. 

“Fitosanitar nəzarət karantin həşəratlarını nəzarət altına almalıdır, parabizənlər isə bunlara daxil deyil” deyənlər də tapılıb.

Azərbaycan xurmasından parabizən çıxdı – FOTO