» » Rusiya Azərbaycanla sərhəddə nəzarəti gücləndirir

Rusiya Azərbaycanla sərhəddə nəzarəti gücləndirir

Rusiya Azərbaycanla sərhəddə nəzarəti gücləndirir

“Qanun pozuntusu ilə mübarizə aparılacaq”.

Rusiya istisna etmir ki, Türkiyədən idxalı qadağan olunmuş ərzaq məhsulları Azərbaycan vasitəsilə bu ölkəyə daşına bilər və bununla əlaqədar olaraq, sərhəddəki vəziyyəti izləyəcək.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat verib.

“Yəqin Türkiyədən məhsulları Azərbaycandan keçib gətirməyə çalışacaqlar. Vəziyyətə baxacağıq, nəzarətdə saxlayacağıq və qanun pozuntusu ilə mübarizə aparmağa davam edəcəyik”, - deyə Dvorkoviç “Rusiya 24” telekanalına verdiyi müsahibəsində bildirib.

Rusiya 2016-cı ilin 1 yanvar tarixindən Türkiyədən bir sıra məhsulların gətirilməsinə qadağa qoyur. İki ölkə arasında münasibət 24 noyabrda türk qırıcısı F-16-nın Suriyada Rusiyanın Su-24-nü vurduqdan sonra pozulub.