» » Rublun məzənnəsi 2015-ci ildə ən aşağı həddə düşdü

Rublun məzənnəsi 2015-ci ildə ən aşağı həddə düşdü

Rublun məzənnəsi 2015-ci ildə ən aşağı həddə düşdü

Neftin qiymətinin düşməsi Rusiya valyutasının zəifləməsinə səbəb olub.

Moskva birjasında dollar bahalaşmanı davam etdirərək, 2014-cü ildən mövcud olan maksimumları yeniləyib.

Amerika valyutasının məzənnəsi son bir il ərzində ilk dəfə 72 rublu aşıb, avro son 4 ayın maksimumlarını yeniləməkdədir.

ucarliyiq.biz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, rublun düşməsinə səbəb neftin ucuzlaşması, eləcə də vergi ödənişləri dövrünün başa çatması olub.

Dollar saat 13:53 üçün 1,56 rubl bahalaşaraq 72,25 rubl olub. Avro 79,3 rubla çatıb.

Neftin qiymətinin düşməsi güclənib, Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 13:50 üçün 1,50% azalaraq, bir barelə görə 37,15 dollar olub.