» » Gürcüstan prezidenti Tiflisin sabiq merini əfv etmədi

Gürcüstan prezidenti Tiflisin sabiq merini əfv etmədi

Gürcüstan prezidenti Tiflisin sabiq merini əfv etmədi

“Mən belə bir qərar qəbul edə bilmərəm”.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bir sıra ictimai xadimin müraciətinə baxmayaraq Tiflisin sabiq meri Qiqi Uqulavunu əfv etməkdən imina edib, ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir.

“Əfv prosesi mənim yüksək mənəvi və dövlət məsuliyyəti tələb edən kostitusiya vəzifəmdir. Mən belə bir qərar qəbul etsəm, cəmiyyətdə bu cür cinayətlərə qarşı loyallıq yaranacaq”, - prezident deyib.

Qeyd edək ki, 57 mədəniyyət, elm və idman xadimlərinin imzaladığı müraciət  eformalar assosiyasıyasının həmsədri Elene Xoştariyə tərəfindən Gürcüstan prezidentinə təqdim edilmişdir.