» » ABŞ İŞİD liderinin saxlanılması barədə xəbəri təkzib etdi

ABŞ İŞİD liderinin saxlanılması barədə xəbəri təkzib etdi

ABŞ İŞİD liderinin saxlanılması barədə xəbəri təkzib etdi

“Bu doğru xəbər deyil”

Pentaqon rəsmisi İraqda İŞİD liderlərindən biri Əbu Ömər əş-Şişaninin (əsl adı Tarxan Batiraşvili) saxlanılması barədə xəbərləri təkzib edib.

ucarliyiq.biz-ın məlumatına görə, Pentaqon rəsmisi bildirib ki, İraq DİN-in terrorçunun saxlanılması barədə xəbəri həqiqətə uyğun deyil.

“Xeyr, bu doğru xəbər deyil”, — agentliyin sözçüsü bildirib.

Qeyd edək ki, KİV-də dəfələrlə əş-Şişaninin məhv edilməsi barədə informasiya yayılıb ki, bu, hər dəfə də təkzib olunub.

Məsələn, 2014-cü ilin 13 noyabrında Çeçenistanın başçısı Ramzan Kadırov öz İnstagram səhifəsində terroristin öldürülməsi barədə məlumat vermişdi. Dörd gündən sonra isə Pankiss dərəsinin başçıları (əş-Şişani bu yerlərdə doğulub) bu informasiyanı təkzib etmişdilər.