» » Türkiyə Rusiya sanksiyalarına düşən şirkətlərə kömək edəcək

Türkiyə Rusiya sanksiyalarına düşən şirkətlərə kömək edəcək

Türkiyə Rusiya sanksiyalarına düşən şirkətlərə kömək edəcək

“Hələlik onların kredit ödənişləri ilə bağlı problemləri yoxdur”.

Türkiyə höküməti lazım olarsa Rusiyanın iqtisadi sanksiyaları görə ziyana düşən şirkətlərin kredit ödənişlərinin vaxtını uzadacaq.

ucarliyiq.biz-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin bank sahəsi üzrə tənzimləmə və nəzarət agentliyinin rəhbəri Mehmet Ali Akben bildirib.

“Biz Rusiya ilə işləyən şirkətlərə kömək edəcəyik. Bizdə olan məlumata görə, hələlik onların kredit ödənişləri ilə bağlı problemləri yoxdur. Lakin onlar hər hansı bir çətinliklə üzləşərsə, bizim agentlik kreditin ödənilmə vaxtını yenidən nəzərdən keçirəcək və lazımi tədbirlər görüləcək”, - o qeyd edib.

Ali Akben həmçinin əlavə edib ki, Türkiyə Banklar Birliyi yaxın günlərdə Antalyada Rusiya sanksiyalarının ölkənin turizm və kənd təsərrüfatı sahələrinə təsirinin baxılacağı iclas keçirəcək.