» » Kerri İran uranının Rusiyaya nəqlində Azərbaycanın rolunu qeyd etdi

Kerri İran uranının Rusiyaya nəqlində Azərbaycanın rolunu qeyd etdi

Kerri İran uranının Rusiyaya nəqlində Azərbaycanın rolunu qeyd etdi

“Biz böyük irəliləyişin əlamətlərini görürük”.

ABŞ-ın dövlət katibi Con Kerri İrandan zənginləşdirilmiş uranın Rusiyaya nəqlində Azərbaycanın rolunu qeyd edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibinin bəyanatında bildirilib.

“Mən məmnunluqla  bildirirəm  ki, biz İran ilə əldə olunmuş razılaşmaya əsasən başlıca öhdəliklərin yerinə yetirilməsi yolunda böyük irəliləyişin əlamətlərini görürük. Üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yolunda İranın ən mühüm addımlarından biri bu gün atılıb - 25 min fut (11,3 min ton) azzənginləşdirilmiş uranın olduğu gəmi Rusiyaya yola salınıb”, - deyə Kerri qeyd edib.

Onun sözlərinə görə, Tehranın bu materiallardan imtina etməsi, onun nüvə silahı yaratmasını 6-9 ay təxirə salacaq.

“Bu nəql bir sıra kommersiya tranzaksiyaları və bu prosesdə mühüm rol oynayan bir çox ölkələrin iştirakı sayəsində mümkün olub”, - deyə Kerri bildirib. O həmçinin bu istiqamətdə Azərbaycan və Qazaxıstanın da fəaliyyətini qeyd edib.

“Mən bu gün Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla danışdım və bütün bu səylərə görə minnətdarlığımı bildirdim. Azərbaycan da bu nəqlin həyata keçirilməsində rol oynayıb”, — deyə Kerri vurğulayıb.