» » İstanbulda irland turist 15 türk satıcıya meydan oxudu - VİDEO

İstanbulda irland turist 15 türk satıcıya meydan oxudu - VİDEO

İstanbulda irland turist 15 türk satıcıya meydan oxudu - VİDEO

Tacirlərdən biri irlandiyalını plastmas stul ilə vurmaq istəyib.

Turist Türkiyə paytaxtında kütləvi davanın səbəbkarı olub.

ucarliyiq.biz xəbər verir ki, kişi (irlandiyalı olduğu ehtimal edilir) mağazaya girərək təsadüfən rəfə toxunaraq bir neçə su şüşəsini yerə salır.

Bu, satıcını qəzəbləndirir, və o, turistə yumruqla hücum edir. Bir neçə digər tacir də ona qoşulur.

Amma qısaqol köynəyinin üzərində İrlandiyanın bayrağı olan kişi özünü itirmir və tacirlərə müqavimət göstərir.

Turistə hücum edənlər arasında təxminən 15 satıcı olub. Hücum edənlər qarşılarında döyüş qaydalarından xəbərdar olan birinin durduğunu anlayıblar. Tacirlərdən biri irlandiyalını plastmas stul ilə vurmaq istəyib. Amma o, bu rəqibin də öhdəsindən uğurla gəlib və davanı davam etdirməyə hazır olsa da sonradan sakitləşib.

Bu hadisə müşahidə kameralarının obyektivinə tuş gəlir. Videoyazı tez bir zamanda sosial şəbəkələrdə yayılıb və türk internet istifadəçiləri arasında populyarlıq qazanıb. Yeri gəlmişkən, internet istifadəçilərinin çoxu turistin tərəfində olub.