» » Bakılı qadın ukraynalı separatçılara qoşuldu

Bakılı qadın ukraynalı separatçılara qoşuldu

Bakılı qadın ukraynalı separatçılara qoşuldu

“Şəxsən mən, bir israilli kimi faşistlərə instinktiv nifrət duyuram”.

Adətən Şərqi Avropa Vətəndaş müharibələrində israillilər iştirak etmirlər, amma indiki Ukrayna münaqişəsi istisna oldu. Bu münaqişənin müxtəlif tərəflərində onlarla İsrail vətəndaşının mübarizə apardığı hesab edilir.

“The Jerusalem Post” yazır ki, onlardan biri – 37 yaşlı İnna Levitandır, o, Azərbaycanda doğulub və Tel-Əvivdə yaşayır. O, 2014-cü ilin sonundan qiyamçılar tərəfindən zəbt edilən Luqanskda separatçıların ön sıralarında mübarizə aparır. Onun sözlərinə görə, o, faşistlər və nasistlər ilə mübarizə aparır, ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir.

O, Bakıda doğulmasına baxmayaraq İsraildə böyüyüb və heç bir zaman Sovet İttifaqına qayıtmağı düşünmürdü. Amma keçən sentyabrda Şərqi Ukraynada baş verən münaqişədə onun tanışı itkin düşüb, o münaqişənin təfərrüatlarını aydınlaşdırmağa başlayıb, bu barədə qadın cümə axşamı “The Jerusalem Post” nəşrinə danışıb.

Bir neçə gün sonra o, dostunun harada olduğunu müəyyənləşdirib, amma Ukraynada baş verənlərlə maraqlanmağa davam edib.

“Bir ay yarım müddətdən sonra mən Novorossiyaya getmək qərarına gəldim”, - o, Rusiya İmperiya dövründə Şimali Qara dəniz yanı, yəni müasir Ukraynanın şərq hissəsi üçün işlədilən termindən istifadə edərək danışıb.

O izah edib ki, qiyamçılara qoşulmaq qərarına “yerli dinc sakinlərə qarşı törədilən cinayətlər” barədə eşitdikdən sonra gəlib.

İsrailin Kommunist Partiyasının saytına yazdığı açıq məktubunda Levitan bəyan edib ki, onun briqadasının məqsədi Ukrayna və ya Ukrayna vətəndaşları ilə döyüşmək deyil, onların məqsədi “faşistlər, nasistlər və oliqarxlar” ilə mübarizə aparmaq, eləcə də insanlara yardım etməkdir.

O, nasist salamlaşmasını və nasist rəmzindən istifadə edən, eləcə də “onların fikirlərini bölüşməyən yerli dinc əhaliyə və Ukrayna ordusunun əsgərlərinə işgəncə verən və öldürən” “nasizmin tərəfdarlarından” qəzəblə yazır.

“Mən neonasistlərin əsirliyində olan insanı özüm görmüşəm. Onun barmaqlarını kəsmişdilər, bədənində svastikanı cızmışdılar. Biz bu vəhşiliklərə qarşı vuruşuruq, bu vəhşiliklər daima baş verir, həm də dinc əhaliyə qarşı”, - o, Qərbi bu hərbi cinayətlərə göz yummaqda günahlandırır.

“Şəxsən mən, bir israilli kimi faşistlərə instinktiv nifrət duyuram”, - Levitan bəyan edib. Onun silahdaşlarının çoxu ruslar və ukraynalılardır, onların arasında ispanlar, serblər, italyanlar və israillilər də var.  

Keçən ilin sonunda Donetsk Xalq Respublikasının xarici işlər naziri, əslən yəhudi olan - Aleksandr Kofman rusiyalı jurnalistə Donetskdə TSXAL-ın onlarla keçmiş əsgərinin döyüşdüyünü deyib.

Fevralda İspaniya qiyamçılar tərəfində vuruşan səkkiz nəfəri həbs edib. Kiyev qiyamçıları terrorçu adlandırıb. İsrail qanunvericiliyi vətəndaşlara xarici münaqişələrdə iştirak etməyi qadağan edir, amma XİN və Ədliyyə Nazirliyi bu məsələ üzrə şərh verməkdən imtina etdilər.

Keçən il Kiyevdə inqilabın baş verdiyi dövrdən Rusiya və qiyamçılar Ukraynanın yeni hökumətini faşizmdə və irqçilikdə günahlandırırlar. Hökumətin hərbi səylərini dəstəkləyən yerli yəhudi icmaları, bu ittihamları qəti şəkildə təkzib edirlər.

Jurnalistlər və tədqiqatçılar - əsasən də, Avrasiya Yəhudi Konqresi üçün sntisemitizm monitorinqi aparan Vyaçeslav Lixaçyov - deyirlər ki, neonasistlər münaqişənin hər iki tərəfində mövcuddurlar. Buna baxmayaraq yəhudi icmalarının liderləri birbaşa olaraq yəhudilərə qarşı eksessləri nadir hal adlandırır və iddia edirlər ki, münaqişənin özü onları daha çox narahat edir.  

Keçən il Donetskdə hökumət qüvvələri tərəfindən döyüşən ukraynalı yəhudi Aşer-İosef Çerkasski Post müxbiri ilə söhbətdə Ukraynanı qorumağı “vətəndaş borcu” adlandırıb. Çerkasski “Dnepr” batalyonunun sıralarında döyüşüb, bu batalyonu yəhudi oliqarx-milyarder, Dneprepetrovsk vilayətinin keçmiş qubernatoru İqor Kolomoyski maliyyələşdirirdi. Hakimiyyət bu uzun saqqallı döyüşçünü Ukrayna vətənpərvərliyinin rəmzinə çevirmişdilər.

Ukraynada mübarizə aparan, Ukrayna və ya Rusiyadan olan bir çox israilli vətəndaşları Rusiya yəhudi icmasını təmsil edən Ravvin Borux Qorin bu insanların fırıldaqçı olduğunu və onların əsasən köməkçi funksiyaları yerinə yetirdiklərini – məsələn, instuktor olduqlarını hesab edir.

“Mən deyərdim ki, bu insanlara şou lazımdır – şounu isə Ukraynada və ya Sudanda əldə edəcəklərinin onlar üçün fərqi yoxdur”, - o qeyd edib.

“Müharibənin başlanğıcında hər iki tərəf üçün yəhudi amili çox vacib idi. İndi onun mahiyyəti azalıb, amma o zaman hər iki tərəf onların yanında yəhudilərin, israillilərin döyüşdüyünü və onları xarici yəhudi icmasının dəstəklədiyini göstərmək istəyirdi... Məncə, bu, əsasən piar idi, bu barədə danışmağa dəyməz”.

Amma Levitan onun sözləri ilə razı deyil. O, Post-a bəyan edib ki, bu münaqişənin arxasında “nəhəng siyasi oyunu görür”, bu oyun oliqarxlara sadə vətəndaşların hesabına ciblərini doldurmağa imkan verir.

O, iddia edir ki, xarici KİV Ukrayna qiyamının mahiyyətini, İsrailin Fələstin terroruna qarşı mübarizəsini təhrik etdikləri kimi təhrik edirlər. Onun fikrincə, istənilən israilli Novorossiya ətrafındakı vəziyyəti asanlıqla anlaya bilər.

O, heç nə üçün təəssüflənmir, çünki öz prinsipləri üçün mübarizə aparır. O qeyd edib ki, Holokost qurbanlarının xatirəsi gününü qeyd edən israilli kimi nasistlərə qarşı durmağı vacib hesab edir.