» » Rusiya XİN 2015-ci ildə Qarabağ nizamlanması haqqında

Rusiya XİN 2015-ci ildə Qarabağ nizamlanması haqqında

Rusiya XİN 2015-ci ildə Qarabağ nizamlanması haqqında

“Dekabrın əvvəlində tərəflərə çağırış edilib”.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə vasitəçi kimi kömək göstərmək üçün ali və yüksək səviyyədə görüşlər də daxil olmaqla bütün mümkün alətlərdən istifadə edir.

ucarliyiq.biz-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, bu barədə Rusiya XİN-nin ötən ilin nəticələri üzrə məlumatında deyilir.

“Dağlıq Qarabağ münaqişəsinin ətrafında gərgin vəziyyətin saxlanılması fonunda Rusiya münaqişənin tərəflərinə vasitəçi kimi kömək göstərməkdə fəal rol oynamışdır, bunun üçün o, ali və yüksək səviyyədə görüşlər də daxil olmaqla, bütün mümkün alətlərdən istifadə etmişdir.

Müvafiq təşəbbüslər Rusiya prezidenti Vladimir Putinin apreldə İrəvana və iyunda Bakıya səfəri çərçivəsində təfsilatı ilə müzakirə olunublar, eləcə də Azərbaycanın (may) və Ermənistanın (aprel) xarici işlər nazirlərinin Moskvaya rəsmi səfərləri çərçivəsində nəzərdən keçiriliblər”- nazirlikdən bildirilib.

“ATƏT-in dekabrın əvvəlində Belqradda keçirilən iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin deleqasiyalarının başçılarının bəyanatlarında (Rusiya, ABŞ, Fransa) münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləməyə və mövcud təkliflər əsasında əhatəli nizamlanmasının əldə olunmasına yönəldilmiş işi davam etdirməyə çağırış edilmişdir”, - Rusiya XİN-nin məlumatında qeyd olunur.