» » Dünyanın ən zəngin adamlarının varidatı 19 milyard dollar azalıb

Dünyanın ən zəngin adamlarının varidatı 19 milyard dollar azalıb

Dünyanın ən zəngin adamlarının varidatı 19 milyard dollar azalıb

Ən zəngin insan yenə Bill Geyts oldu.

"Bloomberg"in hesablamalarına görə, dünyanın ən zəngin 400 adamının varidatı bu il 19 milyard dollar azalıb ki,  bu da xammalın qiymətinin düşməsi, eləcə də Çinin iqtisadi yüksəlişinin zəifləməsi siqnalları ilə əlaqədardır.

ucarliyiq.biz-ın İnterfaksa istinadən verdiyi xəbərə görə,  milyarderlərin indeksində onun hesablanmasına başlanılan 2012-ci ildən bəri ilk dəfə eniş baş verib.

Ötən il olduğu kimi reytinqə, “Microsoft”un yaradıcısı Bill Geyts başçılıq edir. Onun varidatı 83,6 milyard dollar məbləğində qiymətləndirilir. Amma 2015-ci ildə B.Geyts təxminən 3 milyard dollar kasıblayıb.

Milyarderlər arasında ən böyük itkini meksikalı telekommunikasiya maqnatı Karlos Slim yaşayıb. İlin əvvəlindən onun varidatı təxminən 20 milyard dollar azalaraq 53 milyard dollara çatıb.

Amerikalı investor Uorren Baffetin varidatı 2015-ci ildə 11,3 milyard dollar azalaraq 62,5 milyard dollara düşüb.

İspaniyalı milyarder, Avropanın ən nəhəng paltar istehsalçısı və satışını həyata keçirən “Inditex”in sahibi Amansio Orteqa varidatını 2015-ci ildə 12,1 milyard dollar artıraraq 73,2 milyard dolların sahibi olub. 

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq 2015-ci ildə 12 milyard dollar irəli düşərək 46,1 milyard dollarla indeks reytinqində 8-ci sıraya yüksəlib. 

"Google"un yaradıcıları Larri Peyc və Sergey Brin də 2015-ci ildə daha da varlanıblar. Bu mənada L.Peyc ili 10,4 milyard, S.Brin isə 9,8 milyard dollarlıq qazancla başa vurub.