» » Xamenei “vahid İslam sivilizasiyası yaratmağa” çağırdı

Xamenei “vahid İslam sivilizasiyası yaratmağa” çağırdı

Xamenei “vahid İslam sivilizasiyası yaratmağa” çağırdı

“İran müsəlman ölkələrini səylər göstərməyə çağırıb”.

Müsəlman dövlətləri parçalanmaya vahid İslam sivilizasiyası yaratmaqla cavab verməlidirlər.

ucarliyiq.biz-ın TASS-a istinadən məlumatına görə, bu barədə İranın ali dini lideri Əli Xamenei Tehranda keçirilən İslam birliyinin 29-cu beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Amerikalı məmurların İslama olan düşmənçiliyi onları bu dinin müxtəlif təriqətləri arasında, o cümlədən sünni və şiələr arasında, nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir" deyə Əli Xamenei qeyd edib.   
 
İranın ali dini lideri iddia edir ki, “İslamın müxtəlif təriqətləri arasında nifaq və münaqişə yaratmaq səyləri Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsinə yönəlib. 

Bu səbədən İranın ali dini lideri müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb”.