» » Türkmənistanda prezidenti gözləyən üç nəfər öldü

Türkmənistanda prezidenti gözləyən üç nəfər öldü

Türkmənistanda prezidenti gözləyən üç nəfər öldü

Onlarla insan huşunu itirib.

Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçiriləcək təntənəli mərasimin başlanmasını stadionda yeddi saatdan çox gözləyən vətəndaşların arasında 10-dan çox insan xəstəxanaya yatırılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə hüquq-mühafizə nəşri “Xronika Turkmenistana” məlumat yayıb.

Mənbənin məlumatına əsasən, bu adamlardan üç nəfəri dünyasını dəyişib. Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi daxil olmayıb.

Sözügedən tədbir avqustun əvvəlində baş tutub, amma insanların həlak olması haqqında məlumat gec bildirilib.

Xəbər verilib ki, stadionun açılışı mərasiminə insanları saat 5.00-da gəlməyə məcbur ediblər, həmin gün digər obyektlərə baxan prezident isə ora yalnız günorta gəlib.

Nəşr iddia edir ki, insanlar onu ayaq üstə gözləyiblər. Polis onları heç bir yerə buraxmayıb. Gözləmə zamanı onlarla insan huşunu itirib, onlara yerində tibbi yardım göstərilib.

Aşqabadda havanın temperaturu avqustun 4-də (stadionun açılışı günü) gün ərzində 40 dərəcədən yuxarı qalxıb.