» » Gələn il satışa çıxarılacaq 6 ən yaxşı planşet

Gələn il satışa çıxarılacaq 6 ən yaxşı planşet

Gələn il satışa çıxarılacaq 6 ən yaxşı planşet

Yaxın günlərdə planşet almağı planlaşdırırsınızsa, bir qədər səbr etməyiniz məsləhətdir. Çünki gələn il satışa çıxarılacaq planşetlər əvvəlkilərdən bir çox xüsusiyyətlərinə görə fərqlənəcəklər və kompüterlərdən çox da geri qalmayacaqlar. Bu barədə Ucarliyiq.biz fins.az-a istinadən xəbər verir. 2016-cı ilin modelləri aşağıdakılardır:
"iPad Air 3" - Bu planşet bu ilin sonlarında satışa çıxarılmalı olsa da, gələn ilin martına qalıb. Səbəb onun təqdimatının ləngiməsidir. "Apple" "iPad Pro"ya yönəlmiş diqqəti hələlik dağıtmaq istəməyib. Gələcəkdə "3D touch" "iPad Air 3"ə da gələcək, amma bunun 2016-cı ildə reallaşacağı gözlənilmir.
"iPad Pro 2" – Gələn ilin sentyabrında təqdim olunacaq. "iPad Pro" "Apple"ın bu il satışa çıxardığı ən maraqlı məhsul idi. Cihaz qələmi (Apple Pencil) və ağıllı klaviaturası (Smart Keyboard) ilə birlikdə alınan aksesuarlardandır. Planşetin dizaynı və texniki xüsusiyyətləri çox güclü olduğu üçün gələn ilin "Pro"suna əlavə olunacaq ən böyük yenilik elə "3D touch" ola bilər.
"Sony Xperia Z6 Tablet" – Gələn ilin may-iyun aylarında satışa çıxarılacaq. "Sony" firmasının əsas hədəflərindən biri su keçirməyən məhsullar istehsal etməkdir. Yeni və texniki cəhətdən daha güclü olacaq bu planşetdə də adı çəkilən ənənənin davam edəcəyi gözlənilir.
"Samsung Galaxy Tab S3" – 2016-cı ilin iyul–avqust aylarında təqdimatı olacaq. Bu modelin gələn ilin sonunda "Apple"nin planşetləri ilə eyni sırada dayanmasə planlaşdırılır. "Samsung Galaxy Tab Edge"nin "Galaxy S6 Edge" kimi qövslü ekrana sahib olacağı deyilir. Bu reallaşsa, indiyə kimi istehsal olunan planşetlər arasında ilk təcrübə olacaq. Planşetin necə adlandırılacağı hələlik məlum olmasa da, aydın ekrana və güclü prosessora sahib olacağına zəmanət verilib.
"iPad Mini 5" – gələn ilin oktyabr ayında təqdim olunması gözlənilir. Ötən il "iPad Mini 3", bu il isə "iPad Mini 4"-ü satışa çıxaran şirkətin gələn il növbəti versiyasını təqdim etməsi nəzərdə tutulub. Yeni modelin "iOS 10"la gələcəyi də deyilib.
"Microsoft Surface Pro 5" – Oktyabrda təqdimatı gözlənilən planşetin bu il satışa çıxarılan digər modeli ilin ən yaxşı planşetlərindən biri idi. Gələn il istehsal ediləcək modeldə şirkət əsas diqqəti daha çox enerjiyə qənaət edən məhsul yaratmağa yönəldəcək.