» » ABŞ-ın vitse-prezidenti Türkiyəyə gəlir

ABŞ-ın vitse-prezidenti Türkiyəyə gəlir

ABŞ-ın vitse-prezidenti Türkiyəyə gəlir

Bayden Ərdoğanla görüşəcək.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden 2016-cı il yanvarın 23-də Türkiyəyə işgüzar səfər etməyi planlaşdırır, ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Bayden səfər çərçivəsində həm ölkənin Baş naziri Əhməd Davudoğlu, həm də dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir. 

Hazırda səfərin əsas müzakirə mövzusunun nə olacağı məlum deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Ərdoğanı qoşunlarını İraqdan çıxarmağa çağırmışdı.