» » Nazirin qeyri-adi yeni il tətili

Nazirin qeyri-adi yeni il tətili

Nazirin qeyri-adi yeni il tətili

“İnstitutda oxuyan zaman...”.

Rusiya xarici işlər naziri Sergey Lavrov həyatında baş verən ən qeyri-adi Yeni ildən danışıb.

ucarliyiq.biz ANS PRESS-ə istinadən xəbər verir ki, nazir jurnalistlərlə ən parlaq yeni il xatirələrindən birini bölüşüb.

Lavrov qeyd edib ki, o, qeyri-adi Yeni ili institut illərində qarşılayıb. Lavrov bunu meşədə turist çadırında tonqal ətrafında qeyd edib.

“Ən qeyri-adi Yeni il institut illərində sadəcə meşədə, tonqalla birlikdə çadırda olub”, - deyə Lavrov bildirib. Nazir vurğulayıb ki, institutda oxuyan zaman kurs yoldaşlarıyla birlikdə tez-tez yürüşlərə gedib. Bunlardan birində o, Yeni ili qarşılayıb.

“Biz yürüşlərə çox tez-tez gedirdik. Hər il yayda inşaat dəstələrinə gedirdik. Qış tətillərinə Arxanqelsk quberniyası Kolski yarımadasına səfərlər edirdik. Yürüşlərdən biri Yeni ilə düşdü. Soyuq idi, amma çox şən oldu”, - Lavrov deyib.