» » Rusiyada Facebook-u bağlaya bilərlər

Rusiyada Facebook-u bağlaya bilərlər

Rusiyada Facebook-u bağlaya bilərlər

Şirkətdə yenilənmiş qanunu icra etmək niyyətində deyillər.

Facebook-un Skandinaviya, Mərkəzi və Şərqi Avropa, eləcə də Rusiyada ictimai siyasət üzrə direktoru Tomas Mirup bəyan edib ki, “Şəxsi məlumatlar haqqında” yenilənmiş qanunu icra etmək niyyətində deyillər.

ucarliyiq.biz xəbər verir ki, Amerikanın Facebook sosial şəbəkəsi Rusiyada 2015-ci ilin sentyabr ayının 1-dən bağlana bilər.  

Bu mövqeyi Facebook nümayəndəsi, bu ərəfədə Rusiya federal rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya Xidmətinin rəhbəri ilə görüşündə bildirib. Bir sıra məsələlərlə yanaşı, Rusiya vətəndaşlarının şəxsi məlumatları ilə işləyən şirkətlərin, bu məlumatları işləyərək onları Rusiyada saxlamaları məsələsi də müzakirə edilib.

Amma Facebook bu rejimdə işi iqtisadi cəhətdən səmərəli hesab etmir və bundan başqa, istifadəçilərin akkauntlarındakı məlumatı şəxsi məlumat hesab etmir. Eləcə də məlumatın serverlərdə saxlanıldığına görə, Rusiya istifadəçilərinin məlumatlarının ayrılmasının mümkünsüzlüyündən danışılıb.

Məlumatların saxlanılması üzrə Rusiya bazarının iştirakçıları, Facebook-un hələ ki, Rusiyada server yerləşdirmə arzusunu ifadə etmədiyini bildiriblər. Sentyabrın birində qüvvəyə minən qanunun tələbləri yerinə yetirilmədiyi təqdirdə Federal rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya Xidməti Facebook-u qanunu pozan şirkətlər reyesterinə daxil edəcək və internet-provayderlərə müvafiq göstərişləri verməklə bu resursa girişi məhdudlaşdırmaq hüququna malik olacaq.