» » Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırdı

Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırdı

Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırdı
Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair qərar qüvvəyə minir, ucarliyiq.biz xəbər verir.

“Bu birbaşa Rusiyanın, bizim vətəndaşların təhlükəsizliyi ilə əlaqədardır. Türkiyə ərazisindən müxtəlif istiqamətlərə döyüşçülərin güdiş-gəliş açıqdır”, - Rusiya XİN rəhbəri Serqey Lavrov bildirib.

Rəsmi Ankara isə ötən ilin dekabr ayında bəyan edib ki, ölkələr arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Ankara Rusiya vətəndaşları üçün viza rejimini tətbiq etmək fikrində deyil.