» » Təl-Əvivdə atışma: 1 ölü, 8 yaralı

Təl-Əvivdə atışma: 1 ölü, 8 yaralı

Təl-Əvivdə atışma: 1 ölü, 8 yaralı

Polis hadisə yerini mühasirəyə alıb.

İzrailin Təl-Əvivivin mərkəzində barda atışma zamanı 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, polisdən bildiriblər ki, cinayətkar hadisə yerindən qaçıb. 

Hal-hazırda hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmamasını araşdırır. 

Hadisə Dzinqov küçəsində yerləşən barda qeydə alınıb. Qeyd olunur ki, atəş avtomatdan açılıb.

“Polis hadisə yerini mühasirəyə alıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Biz hələlik hadisənin terror aktı olub-olmadığlnı deyə bilmərik”, - polis nümayəndəsi Miki Rozenfeld deyib.