» » Çin və ABŞ-dan erməni ordusuna 45 milyonluq yardım

Çin və ABŞ-dan erməni ordusuna 45 milyonluq yardım

Çin və ABŞ-dan erməni ordusuna 45 milyonluq yardım

2005-2014-cü illərdə.

2005-2014-cü illərdə Ermənistanın Müdafiə Nazirliyi Birləşmiş Amerika Ştatlarından və Çin Xalq Respublikasından hərbi dəstək alıb.

Bu 10 il ərzində Müdafiə Nazirliyi iki dövlətdən təxminən 45 milyon dollar məbləğində qrant alıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi “Məlumatlandırılmış Vətəndaşlar İttifaqı”nın sorğusuna cavab verərkən bildirib. 

Məlumatda qeyd edilir ki, ABŞ-dan qrantlar “Xarici hərbi maliyyələşdirmə” (35,7 milyon dollar) və “Beynəlxalq hərbi tədris və təlim” (6 milyon dollar) proqramları çərçivəsində alınıb.

2009-2013-cü illərdə Çin Ermənistana 3,8 milyon dollar məbləğində təmənnasız hərbi yardım göstərib.