» » Səudiyyə Ərəbistanında 47 terrorçu edam edildi

Səudiyyə Ərəbistanında 47 terrorçu edam edildi

Səudiyyə Ərəbistanında 47 terrorçu edam edildi

Ölkənin Daxili İşlər Nazirliyi məlumat yaydı.

Bu gün Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər haqqında ölüm hökmü icra edilib. 

ucarliyiq.biz xəbər verir ki, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var. 
 
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
 
Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.