» » ABŞ-da ata oğlunu qəddarcasına öldürdü

ABŞ-da ata oğlunu qəddarcasına öldürdü

ABŞ-da ata oğlunu qəddarcasına öldürdü

Kişi ona mane olan uşağını cəzalandırmaq istəyib.

ABŞ-ın Florida ştatının sakini 31 yaşlı Ceyms Dirman öz altı yaşlı oğlunun komyuter oyunlarına görə öldürüb.

ucarliyiq.biz Sky News-a istinadən xəbər verir ki, hadisə Milad bayramından əvvəl baş verib.

Həbs edilən Dirmanın rəfiqəsi polisə bildirib ki, kompyuter oyunlarına başı qarışan ata 2 oğlunu yatmağa göndərib. Lakin uşaqlar yatmayıblar və səs salmağa başlayıblar.

Ceyms uşaqları cəzalandırmaq üçün onları divarın küncünə qoyaraq, çevrilməməyi tapşırıb. Lakin balaca oğlunun göstərişlərə əməl etməməsini Dirmanı əsəsbiləşdirib. O uşağı divana uzadaraq onun üstünə oturub. Oğlunun qışqırmasına baxmayaraq, ata oynamağa davam edib. Nəticədə 6 yaşlı uşaq havasızlıqdan ölüb. Bütün bunlar onun böyük qardaşının gözləri qarşısında baş verib.

Hadisənin səbəblərini araşdıran polislər baş verənləri eşidəndə şoka düşüblər. Vilayətin şerifi uşağın qətlini “qəddarlıq və  insanlığa sığmayan hərəkət adlandırıb”. 

Hal-hazırda Dirman türmədə öz məhkəməsini gözləyir.