» » Rusiya XİN-də «təmizləmə»

Rusiya XİN-də «təmizləmə»

Rusiya XİN-də «təmizləmə»

Putin kollegiyanın yeni üzvlərini təsdiq etdi.

Rusiya prezidenti Vladimir Putin XİN-nin kollegiya üzvlüyündən RF-nın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçi və XİN-yi hüquq deportamentinin sabiq sədri Kiril Gevorqyanı, Haaqadakı Beynəlxalq məhkəmə tərkibinə seçildiyinə görə, azad etmişdir.

ucarliyiq.biz-ın TASS-a istinadən verdiyi xəbərə görə, sərəncam hüquq informasiyası portalında çap olunmuşdur.

Onların yerinə prezident XİN-nin iki deportament direktorunu – Aleksandr Pankini (beynəlxalq təşkilatlar deportamenti) və Mixail Ulyanovu (silahların yayılmaması və onların üzərində nəzarət deportamenti) - kollegiyanın yeni üzvləri təyin etmişdir. 

RF XİN kollegiyasının sədri xarici işlər naziri Sergey Lavrovdur. Bu idarəetmə orqanının tərkibinə nazir müavinləri və XİN sisteminin rəhbər vəzifələrdə olan digər işçiləri daxildir. Kollegiya qurumun fəaliyyətinin ən mühüm məsələlərinə baxmaqla məşğul olur.