» » İran Səudiyyə Ərəbistanına etirazını bildirdi

İran Səudiyyə Ərəbistanına etirazını bildirdi

İran Səudiyyə Ərəbistanına etirazını bildirdi

Şiə xətibi Nimr ən-Nimr edam olundu.

İran XİN-i Səudiyyə Ərəbistanının Tehrandakı müvəkkilini çağırıb və ona şiə xətibi Nimr ən-Nimrin edam olunması ilə bağlı etirazını bildirib, “Əl- Mayadin” telekanalı xəbər verir.

ucarliyiq.biz-ın verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi terrorizmə və ona təhrikə görə məhkum edilmiş 47 nəfərin edam edilməsi haqqında bəyanat verib.
  
Nazirliyin bəyanatında şiə xətibi Nimr ən-Nimrin də edam edildiyi bildirilir.

Əvvəllər xəbər verilmişdi ki, Səudiyyə Ərəbistanı şiələri xətibin hökumət tərəfindən edam edilməsinə etiraz edirlər.