» » Vyetnam Çinə etiraz notası verib

Vyetnam Çinə etiraz notası verib

Vyetnam Çinə etiraz notası verib

Suverenliyini pozmaqda ittiham edir.

Vyetnam XİN-i Çinin səfirinə etiraz notası təqdim edib. 

ucarliyiq.biz-ın   verdiyi xəbərə görə, buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.      
 
Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar.
 
Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.