» » Rusiyada yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyada yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyada yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər ölüb

Yanğının baş vermə səbəbləri araşdırılır.

Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyi fövqəladə xidmətlərində olan mənbəsinə istinadən xəbər verir.

“Hadisə yerində dördü uşaq olmaqla beş nəfərin cəsədi aşkarlanıb”, - agentliyin mənbəsi bildirib.

Məlumata əsasən, yanğın 24 mənzilli ikimərtəbəli taxta binada baş verib. Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.  
 
Yanğının baş vermə səbəbləri araşdırılır.