» » Lukaşenko belarusları mübadilə məntəqələrinə qaçmamağa çağırdı

Lukaşenko belarusları mübadilə məntəqələrinə qaçmamağa çağırdı

Lukaşenko belarusları mübadilə məntəqələrinə qaçmamağa çağırdı

“Siz əlavə problemlər yaradırsınız”.

Belarusda milli valyutanın məzənnəsi süni şəkildə saxlanılmayacaq

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Baranoviçi pambıq iplik istehsalat birliyi” ASC-nin əmək kollektivi ilə görüşü zamanı bildirib. ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir.   

Bununla yanaşı, Lukaşenko həmvətənlərinə yerli mal almağı və ölkə daxilində istirahət etməyi təklif edib.

“Gəlin, mağazalarımızda olanlar ilə dolanaq və bu illərdə öz vətənimizdə - Belarusda istirahət edək. Valyutanı çıxarmayaq”, - o deyib.

“Biz milli valyutanın məzənnəsini xarici valyutalara nisbətən süni şəkildə saxlamayacağıq. Biz bunu etmirik də. Əgər biz onu saxlamağa başlasaq və böhranın qarşısını almağa çalışsaq, biz yenə də valyutanın 30% devalvasiyasına gəlib çıxacağıq”, - dövlət başçısı deyib.

O vurğulayıb ki, bu səbəbdən ölkədə azad üzən məzənnə kursu saxlanılır.

“İndi Qazaxıstan və Rusiyada ediləni biz daha öncə etmişik ki, qızıl valyuta rezervlərini yandırmayaq. Düzdür, qızıl bahalaşır, bizdə o hardasa 30 tondur, ona görə də biz azad üzən məzənnə kursunu tutmuşuq ki, bu ağır zamanlardan çıxaq”- Prezident qeyd edib.

Bununla yanaşı, Aleksandr Lukaşenko qiymətləri saxlamağın mümkün olmadığına diqqət yetirib:

“Biz qiymətlərə baxırıq, - dövlət başçısı deyib. – Əgər saxlamağa çalışsaq bazardan mallar gedəcək”.

“Bəli. Hərəkətlilik var, - Prezident qeyd edib. – Mən sizə and içirəm ki, biz milli valyutanı saxlamaq, gücləndirmək və ya zəiflətmək üçün heç nə etmirik. Daha çox valyuta olarsa, məzənnə aşağı olacaq, yüksək tələbat olarsa, valyuta olmayacaq – siz bilirsiz ki, belə olacaq”. Aleksandr Lukaşenko məhz bu səbəbdən ölkəyə valyuta axınını artırmaq üçün idxalı artırmağı tələb etdiyini vurğulayıb.

Bununla əlaqədar o, həmçinin belarusları mübadilə məntəqələrinə qaçmamağa çağırıb.

“Bu mübadilə məntəqələrinə qaçmayın. Siz əlavə problemlər yaradırsınız”, - dövlət başçısı qeyd edib.