» » Ər-Riyad və Tehran münaqişəni dərinləşdirmək istəmirlər

Ər-Riyad və Tehran münaqişəni dərinləşdirmək istəmirlər

Ər-Riyad və Tehran münaqişəni dərinləşdirmək istəmirlər

XİN rəhbərləri bəyanat verdilər.

Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri Avstriyanın XİN rəhbəri Sebastyan Kurtsa bildiriblər ki, 47 nəfərin edamından sonra münasibətlərdə gərginliyin artırılmasında maraqlı deyillər, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

“Hər iki xarici işlər naziri bəyan ediblər ki, heç kim münaqişənin daha da dərinləşdirilməsində maraqlı deyil”, Avstriya xarici işlər nazirinin nümayəndəsi bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Avstriya və Fransa Səudiyyə Ərəbistanında həyata keçirilən edamlardan sonra münaqişənin gərginləşməsinin qarşısını almağa çağırmışdılar.