» » Xəzərdə 8 balıqçı fəlakətlə üzləşib

Xəzərdə 8 balıqçı fəlakətlə üzləşib

Xəzərdə 8 balıqçı fəlakətlə üzləşib

Axtarış-xilasetmə əməliyyatı aparılır.

Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsi yaxınlığında Xəzər dənizində itkin düşən 8 balıqçının axtarışları aparılır.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilib.

“4 yanvar saat 04:20 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Dağıstan Respublikası üzrə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfərin fəlakətlə üzləşdiyi barədə məlumat daxil olub”, - nazirliyin məlumatında bildirilir.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.