» » İran Ermənistan üzərindən Gürcüstana qaz nəql edəcək

İran Ermənistan üzərindən Gürcüstana qaz nəql edəcək

İran Ermənistan üzərindən Gürcüstana qaz nəql edəcək

Danışıqlar aparılır.

Rəsmi Tehran Tiflis ilə Ermənistanın ərazisindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır

ucarliyiq.biz məlumatına görə, bu barədə Press TV-yə National Iranian Gas Company (NIGC) şirkətinin nümayəndəsi Əlirza Kameli bildirib.

“Gürcüstanla aparılan danışıqların nəticəsinə əsasən, biz mavi yanacağı Ermənistan sərhədinə ötürəcəyik, Gürcüstan isə bu qazı özünün Ermənistan ilə sərhədində götürəcək. Bununla belə razılığın əldə olunması üçün qazın ixracının planı Gürcüstan üçün əlverişli olmalıdır”, - Kameli deyib.

Telekanalın məlumatına görə, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz nəql edə bilər.

Kameli qeyd edib ki, Gürcüstana qaz ixracının əsas səbəbi yalnız bu ölkənin daxili tələbatını ödəməkdir, gələcəkdə mavi yanacağın Aİ ölkələrinə nəql edilməsi planlaşdırılmır.