» » Yunanıstan hökümətinə ilk dəfə qadın rəhbərlik edəcək

Yunanıstan hökümətinə ilk dəfə qadın rəhbərlik edəcək

Yunanıstan hökümətinə ilk dəfə qadın rəhbərlik edəcək

Növbədənkənar parlament seçkiləri sentyabrın 20-də təyin edilib.

Yunanıstan Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edəcək.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, andiçmə mərasimi bu gün keçiriləcək. Tanu Xristofilu ölkə tarixində bu vəzifəni tutan ilk qadın kimi tarixə düşüb.

Yunanıstan prezidenti Prokopis Pavlopulos ona andiçmə mərasimindən sonra müvəqqəti hökümətin formalaşdırılmasını tapşırıb.

Xatırladaq ki, sabiq baş nazir Aleksis Tsipras növbəti seçkilərdə iştirak etmək üçün istefa vermişdir.

Yunanıstanda növbədənkənar parlament seçkiləri sentyabrın 20-nə təyin edilib.