» » ABŞ-da erməni iki həmyerlisini qəbiristanlıqda güllələdi

ABŞ-da erməni iki həmyerlisini qəbiristanlıqda güllələdi

ABŞ-da erməni iki həmyerlisini qəbiristanlıqda güllələdi

Minasyanları öldürdükdən sonra Kalacyan özünü güllələyib.

ABŞ-ın Ontario şəhərində 71 yaşlı Karapet Kalacyan iki həmyerlisini - 60 yaşlı Misak Minasyan və 59 yaşlı Ripsime Minasyanı odlu silahdan qətlə yetirib.

ucarliyiq.biz-ın news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Los Anceles polis departamentinin mətbuat xidməti məlumat yayıb.
 
Minasyanları öldürdükdən sonra Kalacyan özünü güllələyib.
 
Məlumata görə, insident Ontario şəhərindəki qəbiristanlıqda, Minasyanlar yaxınlarının məzarını ziyarət edən zaman baş verib.
 
Qətlin motivləri hələlik bəlli deyil. Polis istintaqa yardım üçün yerli sakinlərə müraciət edib.