» » Sudan İran səfirini ölkədən qovdu

Sudan İran səfirini ölkədən qovdu

Sudan İran səfirini ölkədən qovdu

“İranın ölkədəki səfirini “persona non-qrata” elan edilib”.

Sudan höküməti Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə hücumu qınayaraq İranla diplomatik münasibətləri kəsdiyini elan edib.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.

“Sudan Respublikası İranın ölkədəki səfirini “persona non-qrata” (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyin bütün əməkdaşlarının ölkəni tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb”, - deyə administrasiya vurğulayıb.