» » Azərbaycan Latviya ilə heç-heçə oynadı

Azərbaycan Latviya ilə heç-heçə oynadı

Azərbaycan Latviya ilə heç-heçə oynadı

Sankt-Peterburqda keçirilən futbol turnirində.

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 17 yaşlı gənclər arasında beynəlxalq futbol turniri keçirilir.

ucarliyiq.biz xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan yığması ilk oyununda Latviya millisi ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə bitib.

Hesabı 40-cı dəqiqədə Azərbaycan millisi açıq, Pilaqa Mextiyev fərqlənib. Lakin beş dəqiqə sonra latışlar matçda bərabərliyi bərpa ediblər.

Bu qrupun digər oyununda Sloveniya Bolqarıstanı məğlub edib - 4:1.

Yanvarın 6-da yığmamız Bolqarıstanla, 8-də isə Sloveniya ilə qarşılaşacaq.

Hər qrupdan yalnız bir komanda yarımfinala vəziqə qazanacaq.