» » Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırır

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırır

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırır

Krallıq sakinlərinin İslam Respublikasına səfərləri qadağan olunacaq.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr krallığın İranla aviaəlaqəni tamamilə kəsmək niyyyətində olduğunu açıqlayıb, Reuters xəbər verir.

Bundan başqa, bildirilir ki, Səudiyyə Ərəbistanı zəvvarlar istisna olmaqla, öz vətəndaşlarının İrana səfərlərini qadağan etməyi planlaşdırır, ucarliyiq.biz xəbər verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamından sonra Ər-Riyad və Tehranın münasibətləri gərginləşib.

Krallıq İslam Respublikası ilə diplomatik əlaqələri kəsib, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub.