» » Ər-Riyad İran ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Ər-Riyad İran ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Ər-Riyad İran ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Krallıq Suriya üzrə gələcək danışıqları boykot etməyi düşünmür.

Ər-Riyad və Tehran arasında diplomatik münasibətlər yalnız İran ölkənin daxili işlərinə qarışmadığı təqdirdə bərpa ediləcək.

Bu barədə Səudiyyə Ərəbistanının BMT-də daimi nümayəndəsi Abdulla Əl-Müəllimi bəyan edib, Reuters agentliyi məlumat yayıb.  

Bundan başqa, səfirin sözlərinə görə, siyasi vəziyyət Suriya və Yəməndə münaqişələrin tənzimlənməsinə dair danışıqlara təsir etməyəcək və Ər-Riyad Suriya üzrə danışıqları boykot etməyəcək, ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir.

İki ölkə arasında diplomatik münasibətlərin pozulması yanvarın 3-də məlum olub.

Münaqişəyə səbəb krallığın şərqində şiələrin hüquqlarının müdafiəsinə qalxan şeyx Nimra əl-Nimranın edamı olub. Ondan başqa terror fəaliyyətində iştirak etməkdə təqsirkar bilinən daha 46 nəfər də edam edilib.

  1. Azer 7 yanvar 2016 14:25


    Xaçpərəst dünyasına sərf edən haldır.müsəlman dövlətləri biri birini didsin.
    Heç olmasa bu gun cəmi muslimanlar doğru düşünerek elə bir jest etməlidir ki bu münaqişəyə maraqlı olanlar dadece susa.

    [quote=Azer]Xaçpərəst dünyasına sərf edən haldır.müsəlman dövlətləri biri birini didsin.
    Heç olmasa bu gun cəmi muslimanlar doğru düşünerek elə bir jest etməlidir ki bu münaqişəyə maraqlı olanlar sadece susa.burda anlasılan amerika kenarda qalmayacaq