» » ABŞ generalı: Səudiyyə Ərəbistanı və İran müharibə edə bilər

ABŞ generalı: Səudiyyə Ərəbistanı və İran müharibə edə bilər

ABŞ generalı: Səudiyyə Ərəbistanı və İran müharibə edə bilər

“Xəbərlər narahatedicidir”.

Səudiyyə Ərəbistanı və İran arasında münaqişə irimiqyaslı müharibəyə keçid ala bilər.

ucarliyiq.biz  xəbər verir ki, bu barədə Fox News-a verdiyi müsahibədə dəniz piyadalarının sabiq generalı və ABŞ SQ-nın Mərkəzi komandanlığının sabiq baş komandanı Entoni Zinni bildirib.  

Sabiq hərbçinin fikrincə, bu vəziyyət regionun “iqtisadiyyatına və sabitliyinə” laqeyd olmayan hər kəsi narahat edir.

“Xəbərlər narahatedicidir. Münaqişə hər hansı bir ciddi səbəblə kəskinləşərsə, bu, İran və Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə keçid ala bilər. Bu isə İran körfəzinə girişi qapada, energetik azadlığı və naviqasiya azadlığını məhdudlaşdıra bilər”, - Zinni izah edib.

O həmçinin qeyd edib ki, Ər-Riyad və Tehran arasında münaqişə diqqəti İŞİD ilə mübarizədən yayındıraraq, Vaşinqtonu dəstəkləyən region ölkələrində daxili sabitliyi poza bilər.

Şənbə günü Səudiyyə Ərəbistanının Daxili işlər nazirliyi 47 nəfərin edamı barədə məlumat yayıb, edam edilənlərin sırasında şiə dindar Nimra ən-Nimra da olub.

Onun edamı barədə məlumat şiə siyasi və dini xadimləri tərəfindən qəzəblə qarşılanaraq Ər-Riyad və Tehran arasında diplomatik münasibətlərin pozulmasına gətirib çıxaran kütləvi etirazlara səbəb olub.