» » The Guardian Gürcüstanı səyahətlər üçün top-onluğun siyahısına saldı

The Guardian Gürcüstanı səyahətlər üçün top-onluğun siyahısına saldı

The Guardian Gürcüstanı səyahətlər üçün top-onluğun siyahısına saldı

2016-cı ildə.

Britaniyanın nüfuzlu The Guardian nəşri Gürcüstanı 2016-cı ildə səfər etmək üçün on ölkənin siyahısına daxil edib.

ucarliyiq.biz “Novosti-Gruziya”ya istinadən xəbər verir ki, məşhur həftəlik jurnal top-siyahını hazırlayarkən, 2016-cı ildə yubileyləri, əlamətdar günləri qeyd etmək və sadəcə istirahət etmək üçün yeni istiqamətlər müəyyən edib.  

“SSRİ-nin süqutundan 25 il sonra Gürcüstan dağlara və göllərə səfər üçün çox şey vəd edən ölkəyə çevrilib”, - The Guardian-da yazılıb.

Gürcüstan turistləri ucuz aviareyslər, yeni beş, dörd və üç ulduzlu otellər, şərabların dadına baxılması mümkün olan abadlaşdırılmış restoran və barları, eləcə də mədəni əyləncələri ilə cəlb edir.

The Guardian-ın siyahısına Avstraliyadakı Böyük Sədd Rifi, eləcə də müxtəlif ölkə və şəhərlər daxil edilib: Bordo, Dublin, Rio-De-Janeyro, Hindistan, İran, Yaponiya, Lima, Kosta-Rika, Şri-Lanka, Bosniya və d.