» » Türkiyə sahillərində 34 miqrantın cəsədi aşkarlandı

Türkiyə sahillərində 34 miqrantın cəsədi aşkarlandı

Türkiyə sahillərində 34 miqrantın cəsədi aşkarlandı

Axtarış tədbirləri davam etdirilir.

Türkiyə sahil mühafizə xidməti Egey dənizinin sahilində 34 miqrantın cəsədini aşkarlayıb, ucarliyiq.biz Hurriyet Daily News-a istinadən xəbər verir.

Nəşr dəqiqləşdirir ki, meyitlərdən 24-ü Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10 nəfərin cəsədi isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib.

Türkiyə höküməti hesab edir ki, mühacirlər Yunanıstanın Lesbos adasına gedən qayığın batması nəticəsində ölüblər.

Ölənlərin sayının artacağı istisna olunmur. Hal-hazırda axtarış tədbirləri davam etdirilir.