» » Əfqanıstanda ABŞ vertolyotu atəşə tutuldu, pilot öldü

Əfqanıstanda ABŞ vertolyotu atəşə tutuldu, pilot öldü

Əfqanıstanda ABŞ vertolyotu atəşə tutuldu, pilot öldü

Amerika hərbçiləri minaatanlardan atəşə məruz qalıblar.

Əfqanıstanın cənubunda ABŞ-a məxsus hərbi vertolyotun atəşə tutulması nəticəsində ən azı 1 pilot ölüb, daha 2 nəfər yaralanıb, ucarliyiq.biz xəbər verir.

ABŞ ordusu komandanlığının məlumatına əsasən, xüsusi təyinatlı ordu birləşməsi Əfqanıstanın Hilmənd əyalətində minaatanlardan atəşə tutulub.

Onlara köməyə göndərilən tibbi vertolyot da atəşə məruz qalıb. Reuters agentliyini ABŞ ordusunun nümayəndəsinə istinadən xəbər verir ki, vertolyot Hilmənd əyalətində eniş etməyə müvəffəq olub.