» » Kim Çen Inın hidrogen bombası var

Kim Çen Inın hidrogen bombası var

Kim Çen Inın hidrogen bombası var

Xüsusi bəyanat verilib.

Şimali Koreya hakimiyyəti hidrogen bombasının uğurlu sınağını təsdiqləyib, “Renhap” agentliyi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, xüsusi bəyanat Cənubi Koreya telekanallarında yayımlanan mərkəzi televiziyanın efirində səslənib.

KXDR ilə yaxın ərazidə yerləşən Cənubi Koreya və Yaponiya kimi ölkələr Şimali Koreyanın nüvə sınaqları keçirməsi haqqında şübhələri dilə gətiriblər.

Daha öncə Cənubi Koreyanın müdafiə nazirinin məruzəsində KXDR hakimiyyətinin Pungeri poliqonunda hidrogen bombasının sınağına hazırlıqla bağlı ola biləcək işlər apardıqları barədə məlumatlar yer alıb.

2015-ci ilin dekabr ayının ortasında KXDR lideri Kim Çen In Şimali Koreyanın öz müstəqilliyini qorumaq üçün hidrogen bombasının hazırlanmasına imkan verəcək texnologiyalarının olduğunu bəyan edib. O zaman ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan etmişdi ki, Birləşmiş Ştatlar KXDR-da hidrogen bombasının olma imkanına şübhə etdiyini bəyan edib.