» » BMT Şimali Koreya ilə bağlı fövqəladə iclasa toplanır

BMT Şimali Koreya ilə bağlı fövqəladə iclasa toplanır

BMT Şimali Koreya ilə bağlı fövqəladə iclasa toplanır

Məlumatı BMT diplomatları təsdiqləyib.

BMT Təhlükəsizlik Şurası yanvarın 6-da KXDR-nın hidrogen bombasının uğurlu sınağının keçirilməsinə dair bəyanatla əlaqədar təcili görüş keçirəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatının qərargahındakı mənbə bildirib.

Onun sözlərinə görə, müvafiq qaydalara uyğun olaraq qapalı iclas Nyu-York vaxtı ilə saat 11.00-da (Bakı vaxtı ilə 18.00) keçiriləcək.

Reuters-in bütün bu məlumatını BMT diplomatları təsdiq edib.

“Vaxt təsdiqlənəcək, amma görüş demək olar ki, mütləq bu gün keçiriləcək”, - TASS agentliyinin mənbəsi bildirib.

RİA Novosti agentliyinin mənbəsinin məlumatına görə, görüşün keçirilməsinin təşəbbüskarı kimi ABŞ və Yaponiya çıxış edib.

Daha öncə Şimali Koreya hakimiyyəti ölkənin mərkəzi televiziyasının efirində çıxış edərək hidrogen bombasının uğurlu sınağı barədə məlumatı təsdiqləyib.