» » Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO

Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO

Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO

“Biz hamımız vətəndaşları qorumalıyıq”.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ABŞ-da silah satışına nəzarət mexanizmlərinin gücləndirilməsinə dair fərmanlarla əlaqədar nitqini söyləyərkən ağlayıb. Prezidentin nitqinin videosunu Ağ Ev dərc edib, 112.ua məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, ABŞ prezidentinin emosional reaksiyasına ölkədə ictimai yerlərdə törədilən atışmalar nəticəsində Santa-Barbara tələbə şəhərciyində, Çarlstonda kilsədə, Yuta və Kolumbiyada və s. ölənləri xatırlaması səbəb olub.

“Hər dəfə həmin uşaqlar haqqında düşünəndə özümdən çıxıram. Yeri gəlmişkən, bu, Çikaqo küçələrində hər gün baş verir.

Beləliklə, bizim hər birimiz Konqresin silah lobbisinə qarşı çıxmaq üçün cəsarət sahibi olmağa ehtiyac duyuruq. Bizim hər birimiz ayağa qalxıb vətəndaşları qorumalıyıq”, - ABŞ prezidenti bəyan edib.

Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO

Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO

Obama ölən uşaqlardan danışarkən ağladı – FOTO + VİDEO