» » Avropada mühacirlərə qadınları zorlamamağı öyrədirlər

Avropada mühacirlərə qadınları zorlamamağı öyrədirlər

Avropada mühacirlərə qadınları zorlamamağı öyrədirlər

“Eritreydə kişi qadını istədikdə, sadəcə gedib istədiyini edir”.

Avropa ölkələrinin çoxunda mühacirlərin “seksual tərbiyəsi” proqramı tətbiq edilir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Qəzetdə qeyd edilir ki, Norveçdə belə proqramı müsəlman ölkələrindən gələnlərin ittiham edildiyi zorlama hadisələrinin sayının “qeyri-proporsional yüksək” artması ilə əlaqədar tətbiq edirlər. Sosial-demokratların və sosial-liberalların dəstəyi ilə Danimarkanın xalq partiyası mühacirlər üçün məcburi Danimarka dili kursları çərçivəsində cinsi tərbiyənin də tədris edilməsini təklif edir.

İlk dəfə Avropaya gələn 33 yaşlı Afrika qaçqını Abdu Osman Kelifə qadını açıq-saçıq geyimdə, hamının gözü önündə spirtli içki içən və öpüşən görərkən şok olmuşdu. Qaçqın gördüklərini fahişə davranışı ilə müqayisə edib.

Kelife Norveçdə mühacirlər üçün tətbiq edilən və kişi mühacirlər tərəfindən törədilən təcavüzün qarşısını almağa istiqamətlənmiş yeni proqramda iştirak etməyə razılaşıb. Bu proqram əsasən qadınların öz bədənlərini və ya hisslərini nümayiş etdirməyi qadağan olan ölkələrin mühacirləri üçün nəzərdə tutulub.  

Avropada sığınacaq axtaran mühacirlərin kütləvi axını ilə əlaqədar, onlara Avropa seksual normalarını və sosial məcəlləni öyrədəcək təlimatların verilməsini təklif edən siyasətçi və fəalların sayı artır.

Kelife artıq Norveçin Stavanger şəhərində Qaçqınların qeydiyyat və qəbulu Mərkəzində tədris proqramı keçib. Analoji kurslar digər iki Norveç şəhərində də aparılır. Kurslar könüllüdür və həftəlik zorakılığın müxtəlif növlərinə həsr edilmiş qrup diskussiyaları formasında aparılır.

“Kursların məqsədi iştirakçıların heç olmasa doğru və yanlışın arasındakı fərqi biləcəklərindən ibarətdir”, - New York Times-a verdiyi müsahibəsində Sandes şəhərindəki Mərkəzin rəhbəri Nina Maçiba bildirib.

Kurslarda qaçqınların riayət etməli olduqları sadə qayda müəyyən edilir.

“Norveçdə hətta nikahda olduğunuz adamı belə sekslə məşğul olmağa məcbur etməyə icazə verilmir”, - N.Maçiba bildirib.

“Bəzi dinlərin və xalqların nümayəndələri mini ətəkli qız görməyiblər. Yalnız çadrada. Onlar Norveçə çatan kimi fikirləri qarışır, onların beynində nəsə baş verir”, - təcavüzlər silsiləsindən yalnız şayiələr vasitəsilə xəbərdar olmayan Stavangerin sabiq polis rəhbəri Genri Ove Berq bildirib.

NRK dövlət yayım şirkətinin məlumatına əsasən, məhkəmədə zorlama maddəsi ilə baxılan 20 işdə günahkar bilinən kişilərin yalnız 3 nəfəri əslən norveçli idi, qalanları isə kənar ölkələrdən gəlmələr olub.

Suriya və digər Yaxın Şərq ölkələrinin qaçqınlarının seksual xarakterli cinayətlərin törədilməsinə meyilli olmalarına dair iddialar Avropaya mühacirlərin buraxılmamasının əsas şüarlarından birinə çevrilib.

Sabiq norveçli jurnalist Hege Storhauq insan hüquqları xidmətində çalışır, o islamı tənqid edərək Almaniya kansleri Angela Merkelin mühacirlərə öz qonaqpərvər münasibəti ilə “zorlama epidemiyasına” yol açdığını iddia edib.

Abdu Osman Kelife qeyd edir ki, Avropada sığınacaq axtaran afrikalı mühacirlərə arvadın ərini seksual təcavüzdə ittiham edə biləcəyi faktını qəbul etmək çətin olub.

O əlavə edib ki, qısa ətək geyinən, gülümsəyən və axşam saatlarında küçədə tək gəzişən qadınlardan gələn siqnalları oxumağı öyrənib.  

“Kişilərin zəif tərəfləri var, onlar gülümsəyən kimisə gördükdə özlərini idarə etməkdə çətinlik çəkirlər, - Kelife deyib və izah edib ki, onun doğma Eritreyində kişi qadın istədikdə, sadəcə gedib istədiyini edir, bunun üçün ona cəza verəcək adamın polis olmayacağı dəqiqdir”.

Onun sözlərinə görə, Norveçdə qadınlara fərqli davranırlar.

“Onlar istənilən işi yerinə yetirə bilərlər – baş nazirdən tutmuş, yük avtomobilinin sürücüsünə qədər ola bilərlər, bununla yanaşı barda və küçədə özlərini sərbəst aparmaq hüququna malikdirlər”, - o əlavə edib.