» » Almaniyada mühacirlər 100-ə yaxın qadına hücum ediblər

Almaniyada mühacirlər 100-ə yaxın qadına hücum ediblər

Almaniyada mühacirlər 100-ə yaxın qadına hücum ediblər

Almansayağı seks-terror.

Almaniyanın Keln şəhərində yeni il gecəsi mühacirlər qadınlara kütləvi şəkildə hücum ediblər, ümumilikdə asayiş keşikçiləri 100-ə yaxın belə hadisə qeydə alıblar, Die Zeit məlumat yayıb.

ucarliyiq.biz “tvzvezda”ya istinadən xəbər verir ki, bu məlumat yalnız 5 gün sonra yayılıb, bu barədə yanvarın 5-də xüsusi mətbuat-konfransında şəhərin polis rəhbəri Volfanq Albers bəyan edib.

Onun sözlərinə görə, 100 hadisədən 15-i seksual təcavüz xarakterli olub. Bundan başqa, mühacirlər qadınları qarət edib.

Albers hücumların hamısının Keln kilsəsinin yerləşdiyi rayonda baş verdiyini qeyd edib, mühacirlərin çoxu sərxoş olub.

Cinayətin törədilməsində şübhəli bilinənlərin saxlanılmasına dair informasiya yayılmayıb.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel artıq baş verənlərə reaksiya verib, tammiqyaslı araşdırmanın aparılmasını və təqsirkarların saxlanılaraq cəzalandırılmasını tələb edib, Bundeskanzler məlumat yayıb.

Mühacirlərin tərəfini tutan yeganə şəxs Kelnin meri Genrietta Reker olub. Onun sözlərinə görə, mühacirlərin ünvanına səslənən şübhələr əsassızdır.