» » Azərbaycana uçan Türkiyə helikopterləri Gürcüstanda həyəcana səbəb oldu

Azərbaycana uçan Türkiyə helikopterləri Gürcüstanda həyəcana səbəb oldu

Azərbaycana uçan Türkiyə helikopterləri Gürcüstanda həyəcana səbəb oldu

“Onlar Gürcüstanın icazəsi ilə uçurdular”.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiya helikopterlərinin Gürcüstanın hava məkanını pozmasına dair informasiya həqiqətə uyğun deyil.

ucarliyiq.biz gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Facebook-dakı rəsmi səhifəsində yerləşdirilən bəyanatda bildirilir.

Bu bəyanata müvafiq olaraq, Şida (Daxili) Kartli ərazisində uçan helikopterlər Türkiyə silahlı qüvvələrinə məxsusdur.  

“Mətbuatda Rusiya helikopterlərinin Gürcüstan hava məkanını pozmasına dair yayılmış məlumat həqiqətə uyğun deyil. Şida (Daxili) Kartli ərazisində uçan helikopterlər Türkiyə silahlı qüvvələrinə məxsusdur, və onlar Gürcüstanın icazəsi ilə Azərbaycan istiqamətində uçurdular”, - Gürcüstanın Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

KİV-də yayılan məlumata müvafiq olaraq, dünən iki hərbi Rusiya helikopteri münaqişəli zonadan gürcü hakimiyyəti tərəfindən nəzarət edilən ərazidə uçublar.