» » İŞİD Səudiyyə Ərəbistanını təhdid etdi

İŞİD Səudiyyə Ərəbistanını təhdid etdi

İŞİD Səudiyyə Ərəbistanını təhdid etdi

“Hər zaman məhkumları azad etməyə çalışırıq”.

İŞİD 43 Qahidə üzvünün də daxil olduğu 47 nəfəri edam edən Səudiyyə Ərəbistanını Əl-Qahidəçilərin saxlanıldığı həbsxanalara hücum edəcəyi ilə hədələyib, ucarliyiq.biz "Milliyyət"ə istinadən xəbər verir.  

Əsasən də Əl-Qahidə və İŞİD-çilərin saxlanıldığı Əl-Hair və Tarfiya həbsxanalarını hədəf kimi göstərən İŞİD bəyan edib:

“Hər zaman məhkumları azad etməyə çalışırıq, amma deyəsən diktator rejiminin idarəsinə son qoyulmadan, bu həbsxanalar sökülüb yerlə bir edilmədən bu, mümkün olmayacaq”.

Qeyd edək ki, cümə axşamı Səudiyyə Ərəbistanında 47 nəfər edam edilib, şiə ruhanisi Nimr əl-Nimrin edam edilməsi isə İranı ayağa qaldırıb.

Səudiyyə Ərəbistanının İrandakı səfirliyi yandırılıb. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt İran ilə diplomatik əlaqələri kəsib.