» » Pentaqon: ABŞ üçün əsas təhlükə İŞİD və Rusiyadır

Pentaqon: ABŞ üçün əsas təhlükə İŞİD və Rusiyadır

Pentaqon: ABŞ üçün əsas təhlükə İŞİD və Rusiyadır

“Biz onların hər ikisinə qarşı durmalıyıq”.

Pentaqonun rəhbəri Eşton Karter “İslam Dövləti” (İŞİD) və Rusiyanı ABŞ üçün başlıca təhlükə hesab edir.

ucarliyiq.biz xəbər verir ki, Kaliforniyada dəniz piyadaları qarşısında çıxış edən nazir təhlükələr sırasında birinci yerə “mübarizə aparılmalı və məğlub etməli olduğumuz İŞİD adlı bədheybət fenomeni”ni qoyub.

İkinci növbədə Karter Rusiyanın son illərdəki siyasətini göstərib.  

“Biz buna (RF fəaliyyətinə) həm milli maraqlarımız nöqteyi-nəzərindən, həm də dünyanın bu hissəsində mühüm müttəfiq və tərəfdaşlarımızın olduğu üçün qarşı durmalıyıq, bundan başqa, bizim NATO qarşısında öhdəçiliklərimiz də var”, - Karter deyib.  

Bununla yanaşı nazir RF rəhbərliyinin Ukraynadakı fəaliyyətinin “rusiyalıları yalnız səmtə apardığı” barədə fikir bildirib, belə ki, bu, digər ölkələr ilə konfrantasiyanı gücləndirir.  

“Bu ikisi (təhlükə) böyüyüb. Biz onların hər ikisinə qarşı durmalıyıq”, - o əlavə edib.